“Barselona”nın kapitanı klubdan ayrılır
“Barselona” kapitanı Serxi Roberto ilə yollarını ayıracaq.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, kataloniyalılar onunla vidalaşmaq qərarına gəliblər.
31 yaşlı müdafiəçi komandanın baş məşqçisi Xavinin istəyi ilə yeni, bir illik müqaviləni razılaşdırıb. Lakin Xavinin yayda postunu tərk edəcəyini açıqladıqdan sonra rəhbərlik Roberto ilə bağlı fikrini dəyişib.
“Barselona”nın yetirməsi olan Serxi Roberto 2010-cu ildən əsas komandada çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin