“Barselona”nın Kanselo ilə bağlı planı dəyişib
“Barselona” rəhbərliyi “Mançester Siti”nin müdafiəçisi Joao Kanselonun keçidi ilə bağlı fikrini dəyişib.
Daha əvvəl mətbuatda 29 yaşlı futbolçunun “Barselona”ya keçəcəyi barədə xəbərlər yayılmışdı. İspaniya klubu Kanselonu satın alma şərti ilə icarəyə götürməyi planlaşdırırdı.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, indi isə katalonlar yalnız maliyyə ilə bağlı mümkün problemləri aradan qaldırmaq üçün müdafiəçini icarəyə götürmək istəyirlər.
Bildirilir ki, klublar 2024-cü ilin iyununa qədər nəzərdə tutulan müqavilə bağlayacaq.
Portuqaliyalı futbolçu 2019-cu ildən “Mançester Siti”də çıxış edir. O, 2022/2023 mövsümünün ikinci yarısını icarə əsasında “Bayern”də keçirib, 21 oyunda çıxış edib, 1 qol vurub və 6 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin