
“Barselona”nın “Kamp Nou”ya qayıdacağı vaxt bilindi
“Barselona” növbəti ev oyununu doğma “Kamp Nou” stadionunda keçirmək üçün icazə almağa ümid edir.
Komanda.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.
Kataloniya təmsilçisi iki illik tikinti və yenidənqurma işlərindən sonra stadionuna qayıtmağa hazırlaşır. Klub nümayəndələrinin fikrincə, yaxın günlərdə bütün zəruri icazələr əldə olunacaq və komanda sentyabrın 14-də “Valensiya” ilə qarşılaşmanı yenilənmiş arenada keçirə biləcək.
Ən pis halda isə “Kamp Nou”nun açılışı bir həftə gecikdiriləcək və 21 sentyabr tarixində baş tutacaq “Xetafe” ilə oyun yenilənmiş arenada ilk matç olacaq.
İlkin mərhələdə stadionda yalnız 27 min azarkeş üçün yerlər açıq olacaq. Tamaşaçı sayı tikinti işlərinin tam başa çatmasına paralel olaraq tədricən artırılacaq.
Bizi Facebook-da izləyin



