
“Barselona”nın “Kamp Nou”ya qayıdacağı vaxt bilindi
“Barselona” bu il avqustun 10-da doğma arenası “Kamp Nou”ya qayıdacaq.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb:
“Barselona” Futbol Klubu rəsmi olaraq bildirir ki, komandamız 10 avqust 2025-ci il tarixində “Kamp Nou”ya geri dönür. Bu, klubun stadion yenilənməsi layihəsi çərçivəsində arenanın qismən açılışı ilə əlamətdar olacaq. Qayıdış “Joan Gamper kuboku” çərçivəsində baş tutacaq və azarkeşlər üçün xüsusi tədbirə çevriləcək”.
“Kamp Nou”nun yenidənqurma işləri artıq iki ildən çoxdur davam edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



