“Barselona”nın kamerunlu hücumçu ilə bağlı planı

“Barselona” “Vilyarreal”ın hücumçusu Karl Ett-Eyonqu transfer etməyi planlaşdırır.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubu 21 yaşlı futbolçunun müqaviləsindəki satınalma şərtini aktivləşdirərək, onu 10 milyon avrodan az bir məbləğə ala bilər.

Əsas məqsəd Ett-Eyonqu alıb, dərhal La Liqanın başqa klubuna icarəyə verməkdir. Bu strategiya “Barselona”ya sərt maliyyə feyr-pley qaydalarına riayət edərək, onu dərhal qeydiyyata almaq məcburiyyətindən qaçmağa imkan verir.

Kamerunlu forvarda “Betis”, “Real Sosyedad” və İngiltərənin bir neça klubu da maraq göstərir. Həmçinin, “Levante” və “Ovyedo” onu icarəyə götürmək niyyətindədir.

“Barselona” üçün bu transfer gənc istedadlara sərmayə qoymaq siyasətinə uyğun strateji addım hesab olunur və oyunçunun dəyəri artmazdan əvvəl komandaya cəlb edilməsinə imkan yaradır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button