“Barselona” son mövsümdə çox yaxşı çıxış etdi”

“Barselona”nın sabiq müdafiəçisi Tomas Vermalen komandanın hazırkı səviyyəsi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Kataloniya klubunun yaxşı çıxış etdiyini söyləyib:

“Mən Avropa futbolunu yaxından izləyirəm. “Barselona” son mövsümdə çox yaxşı çıxış etdi, o cümlədən Çempionlar Liqasında. Komandada gənc futbolçuları izləmək çox xoşdur, onlar inanılmaz dərəcədə istedadlıdırlar. Onların inkişafını izləmək getdikcə daha maraqlı olur”.

Vermalen 2022-ci ildə karyerasını başa vurub. Sabiq futbolçu 2014-2019-cu illərdə “Barselona”da çıxış edib.

Kataloniya klubu son mövsümdə La Liqa, İspaniya kuboku və İspaniya superkubokunu qazanıb. Komanda Çempionlar Liqasının yarımfinal mərhələsinə yüksəlib, lakin burada “İnter”ə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button