“Barselona”nın İngiltərə klubuna 52 milyon avro borcu var
“Barselona”nın vingeri Ferran Torresə görə “Mançester Siti”yə daha 52 milyon avro borcu var.
Komanda.az xəbər verir ki, bu barədə “Catalunya Radio” məlumat yayıb.
Kataloniya klubu 22 yaşlı ispaniyalını 2022-ci ilin qışında, 55 milyon avroya alıb. Xəbərdə bildirilir ki, transfer reallaşdığı vaxt “Barsa” yarımmüdafiəçi üçün cəmi 3 milyon avro ödəyib.
22 yaşlı ispaniyalı bu mövsüm 7 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
“Barselona” La Liqada 6 oyundan sonra 16 xalla ikincidir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin