“Barselona”nın iki gün vaxtı var
“Barselona” hələ də komandasının yarımmüdafiəçisi Dani Olmo və hücumçu Pau Viktoru 2024/25 mövsümünün ikinci yarısı üçün qeydiyyatdan keçirə bilər.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, yaxın iki gün ispaniyalı futbolçuların qeydiyyatının uzadılması məsələsində həlledici olacaq.
İspaniya Futbol Federasiyası (RFEF) vəziyyətə müdaxilə edərsə, kataloniyalılar problemi həll edə bilər. İşin hazırkı vəziyyəti “hər şey həll olunmayıb, amma hamısı itirilməyib” kimi qiymətləndirilir.
Daha əvvəl “Barselona”nın Olmo və Viktoru qeydiyyatdan keçirə bilmədiyi məlum olub. Hər iki oyunçu yanvarda azad agent olmağa hazırlaşır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin