“Barselona”nın idman direktoru olmaq istəyir – Keşmiş futbolçusu

“Barselona”nın sabiq futbolçusu Andres İnyesta Kataloniya klubuna idman direktoru və ya məşqçi kimi qayıtmaq istədiyini bildirib.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu, keçmiş klubuna oyunçu kimi geri dönməyin mümkünsüz olduğunu deyib:

“Barselona”nın oyunçusu kimi mənim dövrüm artıq başa çatıb. Orada futbolçularla rəqabət aparmaq mümkün olmayacaq, onlar gənc və fiziki cəhətdən güclüdürlər. Mən “Barselona”ya məşqçi və ya idman direktoru kimi qayıtmaq istəyirəm. Amma əvvəlcə müxtəlif sahələrdə öyrənməliyəm, sonra baxarıq”.

38 yaşlı yarımmüdafiəçi hazırda Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edir.

İnyesta 2002-2018-ci illərdə “Barselona”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button