“Barselona” argentinalı futbolçunu istəyir

“Tottenhem”in müdafiəçisi Xuan Foyt karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Barselona” 22 yaşlı futbolçunun xidmətində maraqlıdır. Katalonlar cari mövsümün sonunda komandadan ayrılması gözlənilən Samuel Umtiti və Jan-Kler Todibonun əvəzinə Foytu heyətinə qatmağa çalışacaq.

Futbolçunun da London klubunda xoşbəxt olmadığı və mövsümün sonunda komandadan ayrılmaq istədiyi bildirilir.

2017-ci ildən “Tottenhem”in şərəfini qoruyan argentinalı futbolçunun klubla müqaviləsi 2022-ci ilin iyununda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button