Türkiyə klubu Ansu Fati üçün hərəkətə keçib
“Barselona”nın hücumçusu Ansu Fati müxtəlif klubların marağına səbəb olmaqda davam edir.
22 yaşlı forvardın özü getməyə tələsmir. Kataloniya klubunun rəhbərliyi isə qış transfer pəncərəsi bağlanana qədər onunla ayrılmağa hazırdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Beşiktaş”ın hədəfindədir.
Türkiyə klubu artıq Fatinin agenti Jorje Mendeşlə əlaqə saxlayıb. Əvvəllər onunla Türkiyə çempionatının digər təmsilçisi – “Fənərbaxça” da maraqlanırdı. Fatinin “Barselona” ilə müqaviləsi 2027-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin