“Barselona”nın hücumçusu koronavirusa yoluxub
İspaniyanın “Barselona” klubunun futbolçusu Luk de Yonq koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı hücumçudan götürülən test pozitiv nəticələnib və o, karantinə alınıb.
De Yonq La Liqanın 30-cu turunun “Sevilya” ilə oyununu buraxacaq.
Niderlandlı hücumçu cari mövsümdə 15 maçtda 5 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin