“Barselona”nın hücumçusu “Çelsi” ilə müqavilə bağlayacaq

“Barselona”nın hücumçusu Mark Giu tezliklə İngiltərə Premyer Liqası klubunun futbolçusu ola bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı ispaniyalı futbolçunun “Çelsi” ilə müqavilə bağlayacağı iddia edilir. “Çelsi” Giu üçün 6 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə razılaşıb.

London klubu futbolçuya “Barselona”da aldığı maaşdan üç dəfə artıq pul verəcək.

Giu ötən mövsüm İspaniya çempionatında 3 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button