
“Barselona”nın hücumçusu İspaniyanın 2 klubunun hədəfindədir
“Barselona”nın hücumçusu Pau Viktor La Liqanın digər klublarının maraq dairəsinə düşüb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçunu “Betis” və “Sevilya” transfer etmək niyyətindədir.
“Betis”in “Barselona” rəhbərliyi ilə olan yaxşı münasibətləri səbəbilə Viktorun bu komandaya keçidi daha real görünür.
23 yaşlı futbolçu son mövsümdə baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında 29 oyunda meydana çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Oyun təcrübəsinin az olması səbəbilə “Barselona” rəhbərliyi onun satılması ehtimalını nəzərdən keçirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



