Fati İspaniyadan ayrılmaq istəmir

Hücumçu Ansu Fatinin yay transfer pəncərəsində “Barselona”dan ayrılacağı görünür.

Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Sevilya”ya keçməyə üstünlük verir.

21 yaşlı forvardın xidmətində digər klublar da maraqlıdır, lakin o, İspaniyadan ayrılmaq istəmir.

Problem maaşdır – “Sevilya” Fatini icarəyə götürərkən onun maaşının yalnız 35 faizini öz üzərinə götürə bilər. “Barselona” bu variantda maraqlı deyil. Aydındır ki, danışıqlar prosesi davam edəcək.

Ansu Fati ötən mövsüm “Brayton”da icarə əsasında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button