“Barselona” isveçli hücumçu üçün Torresi təklif etmək istəyir

“Barselona” “Nyukasl”ın hücumçusu Aleksander İsakla maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu isveçli futbolçunu almaq üçün komandanın cinah yarımmüdafiəçisi Ferran Torresi də cəlb etməyi düşünür. “Nyukasl”ın İsakı 100 milyon avro dəyərində qiymətləndirdiyi vurğulanır ki, bu da hazırda “Barselona” üçün əlçatmaz məbləğdir.

“Nyukasl” daha əvvəl Torreslə maraqlansa da, klub rəhbərliyi “Barselona” ilə danışıqlar aparmamaq qərarına gəlib.

İsak bu mövsüm bütün yarışlarda 20 matçda iştirak edib, 13 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button