“Barselona” Kanteni izləyir

“Əl-İttihad”ın yarımmüdafiəçisi Nqolo Kante “Barselona”nın “radar”ında qalır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu Səudiyyə Ərəbistanını tərk edib Avropaya qayıtmaq istəyir, lakin “Əl-İttihad” təcrübəli yarımmüdafiəçi ilə heç də ayrılmaq istəmir. “Barselona” Kantenin vəziyyətini diqqətlə izləməkdə davam edir. Kataloniya klubunun rəhbərliyi transfer pəncərəsi bağlanana qədər oyunçunu heyətinə qatmağa cəhd edə bilər.

Daha əvvəl “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin şəxsən Kante ilə müqavilə imzalanmasına qarşı olduğu bildirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button