De Yonqa güvənməyən “Barselona” “Arsenal”ın futbolçusunu istəyir
“Barselona”nın təcili transfer hədəflərindən biri “Arsenal”ın yarımmüdafiəçisi Tomas Parti ola bilər.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu, futbolçu gələn yay azad agent olanda onu transfer etməyə çalışacaq. “Barsa”nın bu transferdəki əsas səbəbi Frenki de Yonqun öz oyununu klubun ümid etdiyi səviyyəyə yüksəldəcəyinə inanmamasıdır.
Parti 2020-ci ilin payızında “Atletiko”dan “Arsenal”a keçib. O, bu mövsüm 25 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin