
“Barselona” 17 yaşlı müdafiəçi ilə maraqlanır
“Nant”ın müdafiəçisi Taylel Tati İspaniya klubuna keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” 17 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır. Kataloniya klubu rəqiblərini üstələmək üçün ən qısa zamanda transfer barədə razılığa gəlmək niyyətindədir.
Tati ilə Leverkuzen “Bayer”i və İngiltərə klubları da maraqlanır. O, bu mövsüm Fransa liqasında 6 matçda meydana çıxıb və qol vurmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



