“Çelsi” və “Bayern”in hədəfindədir – 18 yaşlı hücumçu

“Barselona”nın hücumçusu Mark Gui karyerasını başqa komandada davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun xidmətində “Çelsi” və “Bayern” klubları maraqlıdır.

Gui ötən mövsüm “Barselona”nın heyətində 7 oyun keçirib və 1 qol vurub. O, həmçinin gənclər komandasında 19 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

18 yaşlı futbolçunun müqaviləsində 6 milyon avroluq satınalma maddəsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button