Ansu Fati seçimini etdi: Portuqaliya, yoxsa İspaniya?

“Barselona”nın gənc futbolçusu Ansu Fati İspaniya vətəndaşı olmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, əslən qvineya-bisaulu olan 16 yaşlı oyunçu sentyabrın 20-də İspaniya vətəndaşlığı alacaq. Bu barədə AS nəşri məlumat yayıb.

Fati İspaniya vətəndaşlığına keçdikdən sonra artıq bu ölkənin milli komandasında çıxış edə biləcək. Qvineya-Bisauda anadan olan Fati, Portuqaliya millisində də çıxış edə bilərdi, ancaq o, seçimini İspaniyadan yana edib.

Ansu Fati 17 yaşadək futbolçulardan ibarət milli komandaların Braziliyada keçiriləcək dünya çempionatında İspaniya yığmasının şərəfini qoruyacaq.

“Barselona”nın yetirməsi olan Fati, bu mövsüm Kataloniya təmsilçisinin heyətində 3 oyuna çıxıb və iki qol, bir də məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button