“Barselona”nın gələn yay üçün 2 hədəfi var

“Barselona” heyətini gücləndirməyi planlaşdırır.

Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, Almaniya millisinin iki oyunçusu Kataloniya klubunun “radar”ındadır – müdafiəçi Conatan Ta və yarımmüdafiəçi Coşua Kimmix. “Barsa” gələn yay bu oyunçuları almağa cəhd edə bilər.

28 yaşlı Ta ilə 29 yaşlı Kimmixin müvafiq olaraq Leverkuzen “Bayer”i və “Bayern”lə cari müqavilələri 2025-ci ilin ortalarına qədərdir. Belə olan halda, “Barselona” bu oyunçuları azad agent kimi əldə edə bilər.

“Barselona” 5 turdan sonra İspaniya çempionatında maksimum xal (15) toplayaraq, turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button