“Barselona”nın gələn il üçün əsas transfer hədəfi odur

“Barselona” 2025-ci ilin yayında əsas transfer hədəfini müəyyənləşdirib.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, kataloniyalılar gözlərini “Mançester Siti”nin hücumçusu Erlinq Halanda dikib. O, hazırda İngiltərə Premyer Liqasında 10 qolla bombardirlər yarışında liderlik edir.

Daha əvvəl Halandın müqaviləsində 150 ​​milyon avrodan çox təzminat məbləğinin nəzərdə tutulduğu bildirilmişdi. “Real” daha əvvəl futbolçu ilə maraqlanırdı, lakin Kilian Mbappenin dəvətindən sonra onun “kral klubu”na transferi çətin görünür.

Haland “Mançester Siti” ilə iki mövsümdə Çempionlar Liqasını, iki Premyer Liqa titulunu və İngiltərə kubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button