“Arsenal” “Barselona”nın müdafiəçisi üçün hərəkətə keçib

“Barselona”nın müdafiəçisi Mikail Faye komandadan ayrılmağı düşünür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı seneqallı futbolçu ötən mövsüm əsas komandada bir dəfə də olsun fürsət tapmadığı üçün çox üzülüb.

Fayenin xidmətində “Arsenal”, “Mançester Yunayted”, “İnter” və “Bayern”in maraqlı olduğu bildirilir. Yeri gəlmişkən, “Arsenal” artıq Faye ilə bağlı “Barselona”dan məlumat istəyib.

Müdafiəçinin “Barselona” ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button