16 yaşlı futbolçudan daha bir rekord

“Barselona”nın vingeri Lamin Yamal La Liqanın tarixinə düşüb.

Komanda.az xəbər verir ki, 16 yaşlı futbolçu 9-cu turda “Qranada” ilə heç-heçə etdikləri (2:2) oyunda qol vurmaqla buna nail olub.

Birinci hissədə rəqib qapısına yol tapan futbolçu La Liqada qol vuran ən gənc oyunçu olub. “Qranada” ilə görüşdə o, 16 yaş 87 günlük olub. 

Bundan əvvəlki rekord 2012-ci ilin avqustunda 16 yaş 98 günlük olarkən “Selta”ya qol vuran “Malaqa”nın futbolçusu Fabris Olinqaya məxsus idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button