“Barselona”nın futbolçusu əməliyyat olunacaq
“Barselona”nın yarımmüdafiəçisi Mark Bernal La Liqada “Rayo Valyekano” ilə son matçda (2:1) ciddi zədə alıb.
Komanda.az xəbər verir ki, Kataloniya klubu 17 yaşlı futbolçunun diaqnozunun nəticəsini açıqlayan press-reliz yayıb.
“Çərşənbə günü aparılan testlər göstərdi ki, Bernalın sol dizində ön çarpaz bağ yırtılıb və onu müşayiət edən meniskin zədəsi var” – bəyanatda deyilir.
Mark Bernal yaxın günlərdə əməliyyat olunacaq.
“Barselona” La Liqada mövsümün ilk üç oyununda 9 xal toplayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin