“Barselona”nın futbolçusu zədələndi

“Barselona”nın futbolçusu Ronald Arauxo zədələnib.

Komanda.az xəbər verir ki, 21 yaşlı müdafiəçi La Liqanın 18-ci turunda “Qranada” ilə matçdan (4:0) əvvəl isinmə hərəkətlərini yerinə yetirərkən xəsarət alıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Oyunçunun qarşılaşmada iştirakı nəzərdə tutulsa da, onu Samuel Umititi əvəz edib.

Tibbi müayinədən sonra uruqvaylı futbolçuya budarxası əzələlərin gərginliyi diaqnozu qoyulub. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı isə bildirilməyib.

Qeyd edək ki, Arauxo 2019-cu ildən Kataloniya klubunda çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button