“Barselona”nın futbolçusu üçün daha bir “müştəri”
“Çelsi” “Barselona”nın hücumçusu Osman Dembele ilə maraqlanır.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “zadəganlar” bu yay 25 yaşlı futbolçunun keçidini həll etmək istəyirlər.
Daha əvvəl bildirilmişdi ki, Dembele “Barselona”nın 2022-ci il iyunun 30-da başa çatacaq müqaviləsini uzatmaq təklifini rədd edib.
Fransalı futbolçunun xidmətində PSJ və “Liverpul” da maraqlıdır. Yeni klub Dembeleni azad agent kimi transfer edəcək.
Dembele 2017-ci ildən “Barselona”da çıxış edir. O, son mövsümdə bütün turnirlərdə 32 oyunda 2 qol vurub və 13 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin