“Fənərbaxça” onu istəyir – “Barselona”dan
“Barselona”nın futbolçusu Yasper Sillessen karyerasını Türkiyədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 30 yaşlı qapıçı ilə “Fənərbaxça” yaxından maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Cari mövsümdə “Barselona”da az şans qazanan holland oyunçu, bir müddət əvvəl açıqlamasında “Barselona”dan ayrılıb, daha çox forma geyinə biləcəyi klubda oynamaq istədiyini demişdi.
“Fənərbaxça” Sillesseni icarəyə götürmək niyyətindədir. Super Liqa təmsilçisinin Sillessen və “Barselona” ilə ilkin əlaqələr qurduğu bildirilir.
Bu mövsüm 8 qarşılaşmada iştirak edən Sillessenin “Barsa” ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin