“Barselona” futbolçusunu bir neçə aylıq itirə bilər

“Barselona”nın yarımmüdafiəçisi Mark Bernal İspaniya çempionatının 3-cü turu çərçivəsində dünən keçirilən “Rayo Valyekano” ilə matçda (2:1) zədələnib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı futbolçu ön çarpaz bağından zədə alıb. Bu səbəbdən də, o, bir neçə aylığa sıradan çıxa bilər. Dəqiq sağalma vaxtı tibbi müayinədən sonra məlum olacaq.

Bernal Kataloniya klubunun yetirməsidir. İspaniyalı yarımmüdafiəçi cari mövsümün hər 3 oyununda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button