“Barselona”nın futbolçusu sıradan çıxdı

“Barselona”nın müdafiəçisi Ronald Arauxo zədələnib.

Komanda.az xəbər verir ki, 21 yaşlı futbolçu UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İtaliya çempionu “Yuventus”la oyunda sıradan çıxıb.

Bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komandasının 2:0 hesablı qələbəyə sevindiyi matçın ilk yarısında zədələnən uruqvaylı müdafiəçi, fasilədə əvəzlənmişdi.

Arauxonun bərpa müddəti barədə məlumat verilməyib. O, bu mövsüm “Barselona” dörd oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button