“Barselona”nın futbolçusu millidə zədələndi
“Barselona”nın futbolçusu Serxio Buskets İspaniya milli komandasının İsveçrəyə qarşı keçirdiyi Millətlər Liqasının oyununda zədələnib.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya yığmasının mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Busketsin sol dizindən zədələndiyi bildirilib. 32 yaşlı yarımmüdafiəçi qarşılaşmanın 73-cü dəqiqəsində Kokeylə əvəzlənib.
İsveçrə – İspaniya matçı 1:1 hesabıyla bitib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin