Aquero karyerasını bitirə bilər!
“Barselona”nın futbolçusu Serxio Aquero karyerasını bitirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə İspaniyanın “sport.es” saytı məlumat yayıb. Argentinalı hücumçu ürəyində olan problemə görə futbolçu karyerasını sonlandıra bilər.
Aquero La Liqanın 12-ci turunun “Alaves”lə matçında ürək darlığı səbəbindən meydanı tərk etmişdi. 33 yaşlı futbolçuya ürəyində ritm pozğunluğu diaqnozu qoyulub və onun azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin