“Barselona”nın futbolçusu: “Bu, çox utancvericidir”

“Barselona”nın futbolçusu Serxi Roberto La Liqanın 30-cu turunda “Real”a qarşı keçirdikləri səfər matçını şərh edib.

Komanda.az xəbər verir ki, AS nəşrinə danışan Roberto, 1:2 hesabıyla məğlub olduqları matçla bağlı bunları deyib:

“Sona qədər mübarizə apardıq. Xüsusilə, ikinci hissədə “Real” qapalı oyun sərgilədi. Heç olmasa, bir xal qazanmalıydıq. Bu, çox utancvericidir.

La Liqada çempionluq yarışı gərgin keçir. Titulun sahibi sonda bilinəcək. Martin Breytveytin epizodunda cərimə var idi. Hakim VAR-a baxmalı idi, ancaq baxmadı. Təmasın olub-olmadığını tam bilmirəm. Lakin hakimin VAR-a baxmamasına təəccübləndim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button