“Arsenal” da “elçi düşdü” – “Barselona”nın futbolçusuna
“Barselona”nın futbolçusu Serjinyo Dest karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az xəbər verir ki, amerikalı müdafiəçi ilə “Arsenal” klubu yaxından maraqlanır. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.
“Barselona” Desti azı 45 milyon avroya satmaq istəyir. “Arsenal” bu məbləği aşağı salmaq üçün danışıqlar aparacaq.
Dest ilə Almaniyanın “Bayern”, Niderlandın “Ayaks”, İngiltərənin “Çelsi” klubu da maraqlanır.
Amerikalı futbolçu bu mövsüm La Liqada 12 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin