Kuman ondan narazıdır – getməsini istəyir
“Barselona”nın futbolçusu Samuel Umtiti klubu tərk edə bilər.
Komanda.az xəbər verir ki, fransalı müdafiəçi komandanın baş məşqçisi Ronald Kumanın planlarına daxil deyil. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Kuman ötən mövsüm Umtitiyə şans verib və ondan gözlədiyi performansı ala bilməyib. Niderlandlı mütəxəssis, müdafiəçinin satılmasının tərəfdarıdır.
27 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin