“Barselona”nın futbolçusu keçmiş komandasına mikroavtobus alıb
“Barselona”nın müdafiəçisi Jül Kunde “Fraternel Landiras” (Fransa) klubuna hədiyyə təqdim edib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu uşaq futbol komandasına mikroavtobus alıb. O, uşaqların oyunlara daha rahat getməsi üçün belə bir addım atıb.
Kunde 2022-ci ildən “Barselona”da oynayır. O, Fransa millisinin də üzvüdür. Fransalı oyunçu özü də “Fraternel Landiras”ın yetirməsidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin