Ronaldonun komanda yoldaşı ola bilər – “Barselona”nın futbolçusu

Səudiyyə Ərəbistanı klubu “Əl-Nəsr” “Barselona”nın müdafiəçisi Kleman Lanqle ilə maraqlanır.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, tərəflər futbolçunun mümkün keçidi ilə bağlı danışıqlar aparırlar.

28 yaşlı Lanqle son mövsümü icarə əsasında “Tottenhem”də keçirib, 35 oyuna çıxıb, bir qol vurub, iki məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Barsa” ilə müqaviləsi 2026-cı ilə qədərdir.

Öncədən “Marsel”in də Lanqle ilə maraqlandığı, hətta onu transfer etmək üçün danışıqlara start verdiyi bildirilirdi.

Xatırladaq ki, “Əl-Nəsr”də Kriştiano Ronaldo, Sadio Mane, Anderson Talişka, Marselo Brozoviç, Aleks Telles, Seko Fofana kimi oyunçular da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button