
“Barselona”nın futbolçusu qayıtdı – 3 aydan sonra
“Barselona”nın futbolçusu Mark-Andre ter Ştegen zədəsini sağaldıb.
Komanda.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Alman qolkiper komanda ilə məşqlərə qatılıb.
O, üç aylıq fasilədən sonra komandasının növbəti matçında – “Qranada” ilə oyunda meydana çıxa biləcək.
Ter Ştegen belindəki ağrılar səbəbindən ötən ilin noyabr ayının 12-dən bəri oynamırdı. O, dekabrda əməliyyat olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin