“Barselona”nın futbolçusu Premyer Liqa klubu ilə anlaşıb
“Barselona”nın 16 yaşlı futbolçusu Lamin Yamal Mark Giunun “Çelsi”yə keçməsi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu hər kəsin harada oynayacağına özü qərar verdiyini bildirib:
“Giu “Çelsi”yə keçdi? Harada oynayacağına hər kəs özü qərar verir, bu, onun şəxsi seçimidir. Onunla danışdım, yaxşı olduğunu dedi. İndi o, tətil haqqında düşünür”.
Mark Giu “Çelsi”yə 6 milyon avroya başa gələcək. Bu təzminat 18 yaşlı ispaniyalı futbolçunun “Barselona” ilə müqaviləsində nəzərdə tutulub.
Giu artıq Londonda tibbi müayinədən keçib və İngiltərə klubu ilə uzunmüddətli müqavilə imzalayıb. Müqavilə rəsmi olaraq təsdiqlənmək üzrədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin