“Barselona”nın futbolçusu Premyer Liqa klubuna keçə bilər

Fransa millisinin müdafiəçisi Jül Kunde “Barselona”nı tərk edərək “Dumanlı Albion”a köçə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Football Transfers” məlumat yayıb.

25 yaşlı futbolçu ilə “Mançester Yunayted” maraqlanır.

Kunde 2022-ci ilin yayından bəri “Barsa”da oynayır. Onun klubla müqaviləsi 2026/2027 mövsümünün sonuna qədərdir. O, başa çatan mövsümdə La Liqada 35 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button