“Barselona”nın futbolçusu PAOK-da
“Barselona” müdafiəçisi Mussa Vaqeni yenidən icarəyə göndərib.
Komanda.az xəbər verir ki, 21 yaşlı futbolçu bu mövsümün sonuna qədər Yunanıstanın PAOK klubunda çıxış edəcək.
Bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, Vaqe geridə qalan mövsümün ikinci yarısını da icarə əsasında Fransanın “Nitsa” klubunda keçirib. 2018-ci ilin avqustundan “Barselona”da olan seneqallı oyunçu Kataloniya təmsilçisində cəmi 6 matça çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin