Dembeledən Aqueroya hörmətsizlik
“Barselona”nın futbolçusu Osman Dembele bir neçə gün əvvəl mətbuat konfransı keçirərək, futbolçu karyerasını bitirən Serxio Aqueroya qarşı hörmətsizlik edib.
Komanda.az xəbər verir ki, fransalı hücumçu keçmiş komanda yoldaşının vida mərasimində iştirak etməyib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
“Barselona” rəsmiləri Dembelenin bu hərəkətindən narazı qalıblar. Onlar fransalı oyunçunun bu hərəkətini kluba və komanda yoldaşına hörmətsizlik kimi qəbul ediblər.
Dembele 2017-ci ilin yayından “Barselona”da çıxış edir. 24 yaşlı hücumçunun Kataloniya təmsilçisindən ayrılacağı iddia olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin