“Barselona”nın futbolçusu o hərəkətinə görə üzr istədi

“Barselona”nın vingeri Rafinya Avropa Liqasının pley-off mərhələsində “Mançester Yunayted”lə oyunda (2:2) əvəzlənməsinə reaksiyasına görə üzr istəyib.

Braziliyalı futbolçu oyunun sonlarında əvəzlənib və bundan sonra o, narazılığını gizlətməyib.

Komanda.az “Marca“-ya istinadən xəbər verir ki, Rafinya üzr istəyərək, bunun bir daha olmayacağını deyib:

“Artıq üzr istədim və bunu məşqdə də təkrar edəcəm. Əvəz olunduqdan sonra reaksiyam üçün üzr istəmək istəyirəm. Bu, bir daha olmayacaq.

Baş məşqçi Xavi və ya klubla heç bir problemim yoxdur. Mən sadəcə meydanda qalmaq istəyirdim”.

“Mançester Yunayted”lə “Barselona” arasında cavab oyunu fevralın 23-də, Mançesterdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button