“Barselona”nın futbolçusu mövqeyindən narazıdır

“Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan klubdan ayrıla bilər.

Komanda.az “Todofichajesin”-ə istinadən xəbər verir ki, türk əsilli almaniyalı futbolçu komandadakı mövqeyindən tam razı deyil və digər variantları nəzərdən keçirməyə hazırdır.

Bildirilir ki, Gündoğana “Qalatasaray”dan təklif var.

33 yaşlı futbolçu bu mövsüm La Liqada 10 oyuna çıxıb, 2 məhsuldar ötürmə edib. O, yayda “Barselona” ilə 3 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button