“Barselona”nın futbolçusu MLS klubu ilə razılığa gəlib
“Barselona”nın yarımmüdafiəçisi Riki Puç karyerasını MLS-də davam etdirə bilər.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, “Los-Anceles” klubu 22 yaşlı ispaniyalı ilə şifahi razılığa gəlib.
Daha əvvəl Puçun kataloniyalılarla müqaviləni uzadacağı bildirilirdi. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilə qədərdir.
Puç 2020-ci ilin iyulundan “Barselona”nın əsas komandasında çıxış edir. O, İspaniya La Liqasının son mövsümündə 15 oyun keçirib, 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin