İtaliyaya qayıtmaq istəyir – “Barselona”nın futbolçusu
“Barselona”nın futbolçusu Miralem Pyaniç karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Yuventus”a qayıtmaq niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
“Barselona”da az şans qazanan Pyaniç “qoca sinyora”da Massimiliano Alleqrinin baş məşqçi postuna gəlişindən sonra sabiq komandasına qayıtmağı düşünür.
2016-2020-ci illər aralığında “Yuventus”da çıxış edən Pyaniç ötən ilin sentyabrında 60 milyon avro qarşılığında “Barselona”ya keçib.
Pyaniç Kataloniya təmsilçisində 30 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin