
“Barselona”nın futbolçusu millinin heyətindən çıxarıldı
İspaniya millisinin yarımmüdafiəçisi Daniel Olmo zədə səbəbindən yığmanın heyətindən çıxarılıb.
Komanda.az xəbər verir ki, “Barselona”nın futbolçusuna sol baldır əzələsinin zədəsi diaqnozu qoyulub.
İspaniya millisi oktyabrın 11-də Gürcüstan, 3 gün sonra isə Bolqarıstanla qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



