Ter Ştegen “Barselona” ilə danışıqları niyə dayandırıb? – açıqlama
“Barselona”nın futbolçusu Mark-Andre ter Ştegen Kataloniya təmsilçisiylə yeni müqaviləylə bağlı danışıqları dayandırıb.
Komanda.az xəbər verir ki, bu barədə alman qapıçı “Kicker” nəşrinə açıqlamasında deyib:
“İlkin müzakirələr oldu. Ancaq bəzi şeyləri düşünmək lazımdır. İndi daha vacib şeylər var. Buna görə, danışıqlarımızı təxirə saldıq”.
Daha əvvəl “Barselona” ilə ter Ştegen arasında maliyyə məsələsində anlaşılmazlıq olduğu deyilirdi. 27 yaşlı qapıçının “Barsa” ilə müqaviləsinin müddəti 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin