
“Artıq bəzi şeylər haqda danışmalıyıq” – “Barselona”nın futbolçusu
“Barselona”nın futbolçusu Mark-Andre ter Ştegen Çempionlar Liqasında “Slaviya”nı (Çexiya) məğlub etdikləri oyundan (2:1) sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman qapıçı, komandanın hazırda yaxşı formada olmadığını deyib:
“Lazım olan səviyyədə deyilik. Artıq bəzi şeylər haqda danışmalıyıq. Bu, öz aramızda edəcəyimiz bir şeydir, burda deməyəcəm. Əvvəlcə komandamla danışmaq istəyirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin